Qadın cüdoçumuz Avropa Kubokunda bürünc medal qazandı

Qadın cüdoçumuz Avropa Kubokunda bürünc medal qazandı

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb. 3-cü yer uğrunda qarşılaşmada Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub.