“Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb

“Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

"Report" xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.