"Qarabağ" Konfrans Liqasının qrupunu təmin edib

"Qarabağ" Konfrans Liqasının qrupunu təmin edib

"Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

"Report"un məlumatına görə, buna "köhlən atlar"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adlaması səbəb olub.

Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb.