“Qarabağ” Respublika stadionuna qayıdır

“Qarabağ” Respublika stadionuna qayıdır

“Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə ilk oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Bu barədə “Yeni Azərbaycan”a  komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, Suraxanıda yerləşən “Azersun Arena”da bəzi işlərə ehtiyac var: “Qış fasiləsindən sonra komandanın kubok və Premyer Liqadakı oyunlarının böyük əksəriyyətinin məhz bu stadionda keçirməsi planlaşdırılır. Suraxanıdakı arenanın ot örtüyü ilə bağlı bəzi işlər görülür. Növbəti oyunu Tofiq Bəhramov adına Respublika Stadionuna salmaq  qaydalara zidd deyil”.
 
Qeyd edək ki, fevralın 1-də keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu saat 17:30-da başlayacaq.