Saleh Məmmədov yenidən federasiya prezidenti seçildi

Saleh Məmmədov yenidən federasiya prezidenti seçildi

Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib. “Yeni Azərbaycan” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.
Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər.
İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv kimi daxil olub.
Qeyd edək ki, S.Məmmədov 2016-cı ildən AHF-yə rəhbərlik edəir.