Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində ikinci yeri tutub

Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində ikinci yeri tutub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Summer of Seattle” turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız 6 turdan 3,5 xal toplayaraq ikinci nəticəni göstərib. Turnirin qalibi 4 xalla amerikalı Ceffri Şonq olub. Sonrakı yerlərdə Rusiya təmsilçisi Vladimir Fedoseyev (3 xal) və vyetnamlı Le Kyanq Liem (1,5 xal) qərarlaşıblar.