Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat olunub

Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat olunub

Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib.

Azərbaycan Güləş Federasiyasından Yeniazerbaycan.com-a verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.