AVRO-2024: İspaniya Fransanı məğlub edərək çempionatın ilk finalçısı olub

AVRO-2024: İspaniya Fransanı məğlub edərək çempionatın ilk finalçısı olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Görüşdə hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə fərqlənən Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland - İngiltərə matçından sonra aydınlıq gələcək.