AFFA ilə PFL arasında imzalanmış müqavilənin şərtləri dəyişdirilə bilər

AFFA ilə PFL arasında imzalanmış müqavilənin şərtləri dəyişdirilə bilər

AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtləri dəyişdirilə bilər.

AZƏRTAC xəbər verir, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür: “Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".