“Real Madrid" Arda Güləri transfer etdiyini açıqlayıb

“Real Madrid" Arda Güləri transfer etdiyini açıqlayıb

“Real Madrid" türkiyəli futbolçu Arda Güləri transfer etdiyini açıqlayıb. 

NTV xəbər verir ki, 18 yaşlı Arda Gülər “Real”a “Fenerbahçe” komandasından transfer olunub. 

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Arda Gülər ​2014-2019-cu illərdə ​“Gənclərbirliyi” klubunun akademiyasında yetişib, daha sonra “Fenerbahçe” klubuna keçib. 

O, Türkiyə millisinin də üzvüdür.