Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq

Tokio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 25-də təşkil olunan tədbirdə deyib.

Vitse-prezident bildirib ki, Olimpiya Oyunlarında milli komandanın bayrağını daşımaq şərəfi cüdoçu Rüstəm Orucova həvalə olunub. “Tokio-2020"nin açılış mərasimində üçrəngli bayrağımızı Rüstəm Orucov daşıyacaq.