UEFA Avropa Liqası: “Qarabağ” matçı qələbə ilə başa vurub

UEFA Avropa Liqası: “Qarabağ” matçı qələbə ilə başa vurub

UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Molde” qarşılaşması başa çatıb. 

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Qarşılaşmada yeganə qola 57-ci dəqiqədə ağdamlıların heyətində Leandro Andrade imza atıb.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti dəfə UEFA Avropa Liqasının ll turu çərçivəsində səfərdə İsveçrənin “Hakken” klubu ilə qarşılaşacaq.