Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım proqnozlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə hesabatında deyilir.

Dünya Bankına görə, Azərbaycanda 2025-ci ildə 1,4 faiz artan ÜDM-in cari ildə 1,2 faiz, gələn il 1,8 faiz, 2028-ci ildə isə 1,9 faiz artacağı proqnozlaşdırılır.