Bu ilin ilk 6 ayında sığortaedənlərin sayı açıqlanıb

Bu ilin ilk 6 ayında sığortaedənlərin sayı açıqlanıb

Cari ilin yanvar-iyun ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 504 vahid artaraq 2 milyon 261 mini ötüb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 6 min vahiddən, fiziki şəxslər üzrə 37 min vahiddən, torpaq mülkiyyətçiləri üzrə isə 2 min vahiddən çox artıb.