Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 38 milyon manat məbləğində avtomobil yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 5,2 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,3 faiz gəlir əldə edilib.