Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,42 % azalaraq 85,21 dollara düşüb.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.