Dünyanın ən yaşlı kişisi kimi Ginnesin Rekordlar Kitabına düşən 112 yaşlı Yaponiya sakini Titetsu Vatanabe uzunömürlülüyünün sirri ilə bölüşüb.
Kişi bildirib ki, həmişə gülümsəməyə çalışır və demək olar, heç vaxt hirslənmir. Vatanabe əmindir ki, bu, uzunömürlülüklə birbaşa bağlıdır.
Qeyd edək ki, T.Vatanabe Yaponiyanın Niiqata prefekturasında yaşayır. O, 1907-ci il 5 mart tarixində anadan olub.