Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik təqdim ediblər. Tədqiqatçılar hesab edirlər ki, ucuz qurğu şəxsi danışıqların məxfiliyini saxlamağa imkan verəcək.
Çikaqo Universitetinin dosenti Pedro Lopes bildirib ki, insanın ətrafında səs yazan qurğular getdikcə artacaq, bu baxımdan sözügedən bilərzik şəxsi məlumatlara edilən hücumlara qarşı faydalı müdafiə alətidir. Hələ ki onu yalnız müvəqqəti istifadə etmək olar - məxfi nəsə demək istədikdə bilərziyi aktivləşdirmək lazımdır. Bu zaman qurğu istifadəçinin ətrafındakı bütün mikrofonların səsini batıracaq.