Birinci nəsil “iPhone” hərracda 190 min dollardan baha satılıb

Birinci nəsil “iPhone” hərracda 190 min dollardan baha satılıb

Birinci nəsil “iPhone” smartfonu hərracda 190 min 737 dollara satılıb ki, bu da onun 2007-ci ildəki qiymətindən (499 dollar) 380 dəfə bahadır.

 “LCG Auctions” kompaniyasının məlumatına görə, satışa çıxarılan “iPhone” modeli 4 GB yaddaşla təchiz edilib. Onun özəlliyi istehsalının cəmi iki aydan sonra dayandırılmasıdır.

Bu, son vaxtlar hərracda rekord qiymətə satılan üçüncü orijinal “iPhone” smartfonudur. Bu ilin fevralında 8 GB yaddaşa malik model 63 min dollara, 2022-ci ilin oktyabr ayında isə oxşar model 39 min dollara satılmışdı.

Qeyd edək ki, “iPhone” dünyada elektron cihazlar arasında ən çox satılan məhsuldur. Onun populyarlığı “Apple Inc” kompaniyasını kapitallaşması 3 trilyon dolları ötən ilk şirkət edib.