Azərbaycanın bütövlüyünü bərpa edəndən sonra cənab prezident yeni dövr elan edib. Bu dövr bilavasitə mədəni inkşafla bağlıdır. Prezdentin rəhbərliyi altında H. Əliyev fondunun iştrakı ilə Mədəniyyət Nazirliyi xüsusi sosial inkşaf strategiyası hazırlayır. Bu strategiya bir tərəfdən milli ənənələrimizi, digər tərəfdən də yenilikləri təbliğ edir. Mütəxəssislər də bildirirlər ki, milli-mənəvi dəyərlərimizi yeni nəsilə aşılamaq üçün ilk növbədə onlar arasında marifləndirmə işlərinin aparılması vacibdir.
Kuluturoloq, tarix elmləri doktoru Fuad Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu yeniliklər Azərbaycançılıq ideologiyasına, adət ənənələrimizə cavab verməlidir. Onun sözlərinə görə aparılan strategiyada icbari, kulturoloji təhsil və maarif də nəzərdə tutulub: "Mədəniyyətlə bağlı bir sahə olaraq təbliğ olunan kultralogiya insanın milli və mədəni həyat fəaliyyətini əks etdirən elmdir və insanın həyat qabilyətli cəmiyyətin qurulmasında dəstək olur. Çünki bu elmin metodologiyası aparılan araşdırmalar əsasında gəncləri ən düzgün həqiqətə uyğun müdrik yola çıxardır. Eyni zamanda gənclərə bilavasitə kulturoloji master klasslar keçrilməli, QHT- lara cəlb olunmalıdır".
F. Məmmədov bildirir ki, bu yolda əsasən müəllimlər, məmurlar, jurnalistlər və valideynlər birgə işləməlidir. O, həmçinin qeyd edir ki, idarəetmə mədəniyyəti öncədən düzgün qurulduğu halda gənclərin gələcyi arzuıadığımız kimi olacaq: "İstiqamət, ideologiya, tətbiq olunan texnologiya düzgün olmalıdlr ki, gənclər sağlam şəxsiyyət olaraq yetişsin. Bütün bunlar ən əsası elmi əsaslı olmalıdır. Cənab prezdentinin əsasını qoyduğu "İnsan kapitalının" nüvəsi məhz yüksək mədəniyyətli insandır".
Havar Şəfiyeva