Bakıda “Ölkəmdən soraqlar” adlı konsert keçirilib

Fevralın 8-də Rəşid Behbudov adına Mahnı Teatrında Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Ölkəmdən soraqlar” adlı konsert keçirilib. Ersin Tunayın dirijorluğu ilə Şimali Kiprin Çağdaş Musiqi Dərnəyinin təqdim etdiyi konsertdə türk sənət musiqisindən nümunələr səsləndirilib.
Konsertdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Sevinc Hüseynova, TÜİB sədri Hüseyin Büyükfırat, ATİB başqanı Cemal Yangın, iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Konsert proqramına Azərbaycan musiqisi ilə yekun vurulub.