MEDİA-nın onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

MEDİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi onlayn media subyektlərinin (veb-saytların) inkişafına dəstək vermək, onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətini təkmilləşdirmək, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşviq etmək olub.