Azər Qasımov Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatına münasibət bildirib

Day.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatına münasibət bildirib.
- Azər müəllim, Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın son bəyanatını (İspaniya XİN rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib) necə qiymətləndirərdiniz? Belə ki, o bu bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həllində güc tətbiqinin mümkünlüyü barədə Azərbaycanın bəyanatlarından narazılığını bildirib. Erməni diplomat deyib: “Azərbaycan tərəfinin belə nəticələrə nəyə əsaslanaraq gəldiyini, bunun harada öyrədildiyini anlamıram. Əminəm ki, MDBMİ-də belə şey öyrədilmir”.
- Bəs, görəsən, Serj Sarkisyana başqasının torpağını işğal etməyi, dinc sakinləri doğma torpaqlarından qovmağı harada öyrədiblər? Tornaçılıq öyrəndiyi Texniki-Peşə Məktəbində? Əminəm ki, orada belə şeylər öyrətmirlər.