Antonio Tayani: Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur

Antonio Tayani: Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur

Ölkələrimiz arasında imzalanmış sənədlər ikitərəfli münasibətlərin genişləndirilməsinə, siyasi və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə təkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

“Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur. Əminəm ki, bu görüşlər əməkdaşlığımızın daha da inkişafına xidmət edəcək”, - deyə Antonio Tayani qeyd edib.