Novruz Məmmədov: Rusiya ilə Azərbaycan arasında mavi yanacaq alqı-satqısına dair əməkdaşlığı siyasi məsələlərlə əlaqələndirmək düzgün deyil

Novruz Məmmədov: Rusiya ilə Azərbaycan arasında mavi yanacaq alqı-satqısına dair əməkdaşlığı siyasi məsələlərlə əlaqələndirmək düzgün deyil
“Rusiya ilə Azərbaycan arasında mavi yanacaq alqı-satqısına dair əməkdaşlığı siyasi məsələlərlə əlaqələndirmək düzgün deyil”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O iqtisadi əməkdaşlığın dövlətlərarası münasibətlərin bir hissəsi olduğunu vurğulayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə münasibət bildirən Novruz Məmmədov artıq Elmar Məmmədyarovun bu görüşü şərh etdiyini deyib: “Azərbaycanın xarici işlər naziri bu məsələyə münasibətini bildirib. Danışıqlar səmərəli keçib və bu, danışıqlar prosesində də özünü göstərəcək”.