Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində yaradılmış 43 saylı seçki məntəqəsində səsvermə başa çatıb.
Səfirlikdən verilən məlumata görə, seçki məntəqəsində 108 nəfər Azərbaycan vətəndaşı qeydə alınıb, səsvermədə onların əksəriyyəti iştirak edib. Səs verənlərin 98 faizi Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsinə tərəfdar olub.