Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov bildirib ki, bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı işlərə start verilib. Belə ki, 25 nəfərdən ibarət qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı seçkilərdə iştirak edəcək namizədlərin müəyyən olunması istiqamətində işlərə başlanıb. Rayon üzrə 265 bələdiyyə üzvü yeri uğrunda mübarizə aparmaq üçün partiyanın namizədləri irəli sürüləcək. Hazırda seçki ərəfəsi ictimai rəy və yerli əhəmiyyətli sosial problemlər öyrənilir.