Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycanın mətbuat orqanları ilə keçirdiyi görüşlər çərçivəsində dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. Qəzetin kollektivi ilə görüşən səfir Azərbaycanla Türkiyənin qardaş ölkə olduqlarını söyləyərək, “Bir millət, iki dövlət”, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kimi tarixi postulatlara söykənən münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Görüşdən sonra səfir Hulusi Kılıç “Yeni Azərbaycan” qəzetinin kollektivilə birgə şəkil çəkdirib.