Bələdiyyə seçkiləri ilə bağlı YAP Suraxanı rayon təşkilatında seçki qərargahı yaradılıb. Bu barədə rayon təşkilatının sədri Vüqar Seyidov məlumat verib. Onun sözlərinə görə, seçki qərargahının tərkibi partiyanın ən fəal üzvlərindən təşkil olunub.
V.Seyidov bildirib ki, rayonda 6 qəsəbə bələdiyyəsi fəaliyyət göstərir və seçkilər bu bələdiyyələr üzrə keçiriləcək. O, qeyd edib ki, hazırda rayon təşkilatında 103 ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı isə 6400 nəfərdir. V.Seyidov ümid edir ki, təşkilat üzvləri bələdiyə seçkilərində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər.