Bu ilin yekununda Azərbaycanda ümumi daxili məhsulun (üDM) artım tempinin 7,5% təşkil edəcəyi gözlənilir. “APA-Economics”in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondu (BVF) özünün yenilənmiş hesabatında proqnozlaşdırıb.
Proqnozlara əsasən, 2009-cu ildə Azərbaycan üDM-in illik artım tempinə görə MDB ölkələri arasında lider mövqedə qərarlaşacaq. Lakin 2010-cu ildə Azərbaycanda üDM-in artım tempi 7,4% təşkil edəcək ki, bu da MDB məkanında yalnız Türkmənistanın analoji göstəricisindən az olacaq. Hesabatda həmçinin bildirilir ki, 2014-cü ildə Azərbaycanda iqtisadi inkişaf tempinin 0,9% təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda üDM-in artım tempi 5% təşkil edib.