İmzatoplama kampaniyası noyabrın 13-nə kimi davam edəcək

İmzatoplama kampaniyası noyabrın 13-nə kimi davam edəcək
Bələdiyyə seçkilərində namizədlərin imzatoplama kampaniyası noyabrın 13-nə kimi davam edəcək. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, namizədliyini irəli sürmüş şəxslər topladıqları seçici imzalarını noyabrın 13-də saat 18.00-dan gec olmayaraq seçki komissiyalarına təqdim etməlidirlər. Bu tarixdən gec daxil olan imza vərəqələri qəbul olunmayacaq. Seçki Məcəlləsinə və MSK-nın qəbul etdiyi təqvim planına əsasən həmin şəxslərin namizədliyi müraciət tarixindən sonra 5 gün müddətinə təsdiq edilməlidir. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ümumilikdə 1718 bələdiyyəni əhatə edəcək. Bu bələdiyyələrdə 15 min 682 yerə seçki keçiriləcək. Ən böyük bələdiyyələrdə maksimum 19, kiçik bələdiyyələrdə isə 5 üzv olacaq.