"Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşümüz baş tutdu".
yeniazerbaycan.com xəbər verir ki, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin təşkilatçılığı ilə keçirilib.
"Görüşdə münaqişədən sonrakı barışığın və sülhün qurulmasının vacibliyini vurğuladım", - deyə Tural Gəncəliyev qeyd edib.