68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə 53 055 seçici 59 məntəqədə səs verəcək. “Seçki 2024”Müstəqil Media Mərkəzi xəbər verir ki, seçki dairəsi üzrə 100 yaşdan yuxarı seçicilərin sayı 4 nəfərdir.
Onlardan 3-ü seçki məntəqələrinə gələrək səsvermə hüququndan istifadə edəcək.
Qeyd edək ki, seçki dairəsi üzrə bir yer uğrunda 7 nəfər mübarizə aparacaq. Bunun ikisi siyasi partiyadan, beşi isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.