ABŞ - da Meksika ilə sərhəddəki vəziyyətə görə müharibə başlaya bilər.
"Yeni Azərbaycan" xəbər verir ki, Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Deep Dive” "YouTube" kanalına müsahibəsində Amerika Birləşmiş Ştatlarının həm Meksika ilə açıq sərhədi, həm də onun bağlanacağı təqdirdə daxili müharibə ilə üzləşəcəyini bildirib.
O, vurğulayıb ki, hazırda heç kəs ABŞ-ın Meksika ilə sərhədindəki vəziyyətə məhəl qoymur.
Eyni zamanda sərhədin bağlanmasının belə ABŞ-ı yaxınlaşan müharibədən xilas etməyəcəyinə işarə edib. Makqreqorun fikrincə, belə bir ssenaridə ABŞ Meksikanın narkotik kartelləri ilə mübarizə aparmalı olacaq, onlar ölkəni ticarət axınına müdaxiləni bağışlamayacaqlar.
Havar Şəfiyeva