Ağdam şəhərindəki məntəqənin sədri: “Seçkiyə tam hazırıq, seçicilərə bildirişlər paylanılıb”

Ağdam şəhərindəki məntəqənin sədri: “Seçkiyə tam hazırıq, seçicilərə bildirişlər paylanılıb”

118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin Ağdam şəhərində yerləşən 48 saylı Seçki Məntəqəsi sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə tam hazırdır və artıq seçicilərə bildirişlər paylanılıb.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu məntəqə sədri Arzu Rəhimova deyib.

O bildirib ki, rəhbərlik etdiyi məntəqə üzrə 459 seçici var:

“Sentyabrın 1-də seçicilərimiz aktivlik göstərərək səsvermə hüququndan istifadə edəcək. Seçicilərimiz arazında ən yaşlısının 63 yaşı var”.

A.Rəhimova artıq ikinci dəfədir ki, azad olunmuş Ağdamda seçki keçirildiyini vurğulayıb:

“Azad Ağdamda bu gözəl hissi ilk dəfə növbədənkənar Prezident seçkilərində yaşamışıq. 30 il işğalda qalan rayonda seçki keçirilməsi gözəl hissdir”.