Qazaxıstan Parlamentinin müşahidə missiyası fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Secki-2024.az saytı xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Aidos Sarım çıxış edib.
O bildirib ki, müşahidə missiyası olaraq Bakıda, Sumqayıtda və regionlarda olublar: “Seçki prosesində heç bir qanun pozuntusu olmadı. Seçicilər yüksək əhval-ruhiyyədə səsvermə prosesində iştirak edirdi və yüksək seçici fəallığı müşahidə etdik. Sevindirici haldır ki, seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün süveren ərazilərində keçirildi və insanlar səsvermə hüququndan bəhrələndilər”.