Ailə həkimi deyəndə bütün ailə üzvlərin müayinə və müalicə edən həkim nəzərdə tutulur.
Ailə həkimi ailə ilə sıx əlaqədə olur və nəsil ağacına bələd olur və eyni zamanda erkən diaqnostika aparır.
Həkim pediatr Günay Hacızadə "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, hər bir pasientin ilk müraciət etməli olduğu həkim məhz ailə həkimi olmalıdır: "Əgər hər hansı başqa həkimə ehtiyac duyularsa ailə həkimi yönləndir. Ailə həkimi xəstəliklərin erkən aşkar olunması ve profliktikasının aparılması icra edir. Eyni zamanda müasir protokollara əsasən müalicəni aparır və xəstəlik dönəmində müalicəyə nəzarət edir".
Bəs ölkəmizdə ailə həkiminə müraciət edənlər varmı?
G. Hacızadə bildirir ki, ölkəmizdə ailə həkimi ixtisası hələ yenidir, lakin bu vaxta kimi hər bir vətəndaşın yaşadığı və qeydiyyatda olduğu ərazidəki pediatr və terapevt tərəfindən müayinələr aparılır.
"Onu da qeyd edək ki, ölkəmizdə artıq sahə pediatrlari və terapevtlər tərəfindən TƏBİB və İcbari sığorta ilə dövlət təminatına əsasən xəstəliklərin profilaktik müayinə və müalicələr icra olunur".
Havar Şəfiyeva