Almaniya Rusiyadan gələn təhdid səbəbindən 900 min ehtiyatda olan əsgəri qeydiyyatdan keçirməlidir. "Yeni Azərbaycan" "Frankfurter Allgemeine Zeitung" - ə istinadən xəbər verir ki, bunu Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann deyib.
“Biz mümkün qədər tez müdafiə qabiliyyəti əldə etməliyik.”, - deyə siyasətçi bildirib.
Beləliklə, Strack-Zimmerman Bundesverdə xidmət edənlərin xidmət etmiş kimi qeydiyyatdan keçmək istəməməsi problemini həll etməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Ştrak-Zimmerman Almaniya kansleri Olaf Şolsu Kiyevi “Taurus” uzaqmənzilli raketləri ilə təmin etməkdən imtina etdiyinə görə tənqid etmişdi.
Havar Şəfiyeva