AMEA Qafqazşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli 1/2 saylı qərarına əsasən fevralın 8-də AMEA Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı institutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddialar (1991-2024-cü illər)” mövzusunda  məruzə  edib.  Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.