Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı haqqında” (xarici agentlər haqqında) qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində maliyyə yardımını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesinə dəstək də dayandırılıb.