Azərbaycanın xarici işlər naziri: Yolların məqsədli şəkildə bloklanması qəbuledilməzdir

Azərbaycanın xarici işlər naziri: Yolların məqsədli şəkildə bloklanması qəbuledilməzdir

Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə belçikalı həmkarıma məlumat verdim. Bildirim ki, Azərbaycan bunun qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.

Yolların məqsədli şəkildə bloklanması kimi addımların qəbuledilməz olduğunu deyən nazir qeyd edib: “Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru addım deyil”