Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər edəcək.
Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, səfərdə Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə energetika naziri, Bolqarıstan Parlamentində Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes nümayəndələri daxildir:
“Prezident Rumen Radevin səfərinin gündəliyində olan məsələlər sırasında iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi olacaq”.