"ABŞ Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyır, çünki Vaşinqton böhranı həll etməyə çalışmır, əksinə düşmən axtarır". "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
Departament nümayəndəsi qeyd edib: “Soyuq müharibə düşüncəsi ilə Birləşmiş Ştatlar Ukrayna böhranının yaranmasında və kəskinləşməsində məsuliyyət daşıyır".
Qeyd edək ki, bundan əvvəl Çin rəhbəri Si Tsinpin bəyan etmişdi ki, Rusiya və Çin Ukraynadakı münaqişəyə son qoymağın yeganə mümkün yolu kimi siyasi nizamlanmanın düzgün olduğuna inanırlar.
Havar Şəfiyeva