Elektron siqaret ideyası keçən əsrin 70 - ci illərində ortaya çıxıb və bu, bir müddət ideya olaraq qalaraq, sonradan istehsala başlanılıb. Mütəxəssislər bildirir ki, əslində bu ideya ənənəvi siqaretlərə bir alternativ olaraq ortaya çıxıb.
Tibb üzrə ekspert Adil Qeybulla "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, elektron siqaretin tərkibindəki nikotinin miqdarı ənənəvi siqaretlərdəki nikotin miqdarından fərqlənmir. Onun sözlərinə görə sigaret asılılığı yaradan da məhz nikotindir: "Adi sigaretdə aromatik tərkiblər var ki, bunlar xərçəng törədən maddələrdir. Bunları nəzərə alaraq elektron sigaret ideyası özünü doğrultmadı, əksinə əlavə bir problem yaratdı. Düşünürəm ki, bununla bağlı təbliğat aparmalıdır və insanlar bu barədə məlumatlanmalıdlr".
Havar Şəfiyeva