Hacıqabulda yol qəzası olub, yaralılar var

Hacıqabulda yol qəzası olub, yaralılar var

Hacıqabul rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Minik və yük avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alanlar - Allahverdiyev Bayram Araz oğlu və Əhmədov Əhməd Arif oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.