Yay aylarında hamilə qadınlar daha çox qidalanmaya diqqət yetirməlidir. Yay aylarında bişmiş qidalar tez bir zamanda xarab olduğundan zəhərlənmə hallarına gətirib çıxara bilir.
Ginekoloq Təranə Həsənova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, yay aylarında qarpızdan zəhərlənmələrə daha çox rast gəlinir. Onun sözlərinə görə, hamilə qadınlar bu məqamda xüsusi diqqətli olmalıdır: "Hamilə qadın üçün qidalanma ən vacib məqamlardan biridir. Yayda hamilə qadınların üzləşdiyi digər bir problem istiliklə bağlıdır. Onlar gün ərzində qapalı yerlərdə havalandırma sistemindən düzgün istifadə etməlidirlər. Qadının orqanizmində baş verə biləcək hər hansı bir fəsad eyni zamanda körpənin həyatı üçün də təhlükə yarada bilir".
Qeyd edim ki, yay aylarında insanların üz tutduğu məkanlardan biri də dənizdir. Mütəxəssislər bildirir ki, dəniz suyunun bakterioloji səviyyəsinin yüksək olması hamilə qadınlarda bir çox fəsadlar yarada bilir. Hamilə orqanizm həssas olduğu üçün digər insanlara nisbətən hamilə qadınlara belə hallar daha çox təsir edir.
Havar Şəfiyeva