Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra, həmin ərazilərdə digər sahələrlə yanaşı turizm sektorunun inkişafı üçün müəyyən tədbirlər görülür. Elə bunun nəticəsidir ki, tez bir zamanda yol infrastrukturu bərpa olunmuş, gediş-gəliş üçün hava yolları açılmış və otellər fəaliyyət göstərməyə başlamışdır. Bütün bu proseslərnəticəsində yaradılmış istirahət mərkəzləri təkcə ölkə vətəndaşlarının yox, eyni zamanda ölkəmizə gələn xarici qonaqlarında marağında olur.
Turizm üzrə ekspert Rəhman Quliyevin "Yeni Azərbaycan" - a verdiyi açıqlamasına görə işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun 90 faizi yenidən tikilib: "Hazırda həmin bölgələrdə 2 böyük hava limanı fəaliyyət göstərir. Eyni zamanda yaxınlarda Laçında da hava limana tam olaraq fəaliyyət göstərəcək. Hava limanlarının çox olması ora gələn turist axınına da öz müsbət təsirini göstərəcək".
Ekspert açıqlamasında bildirir ki, həmin ərazilərdə turizmin inkişaf etməsi eyni zamanda ata-baba yurduna qayıdan Azərbaycan vətəndaşların sosial rifahlarının da yaxşılaşmasına xidmət edəcək: "Gördüyümüz kimi həmin bölgələrdə otellərin sayı get-gedə artır. Bundan əlavə orda yaşayan vətəndaşlar da öz evlərini kirayə verə bilərlər. Bu da həm turizmin inkişafının, həm də insanların rifahlarını yaxşılaşdırmaq üçün atılmış addımlardan biri olar".
Havar Şəfiyeva