Son illərdə aparılan araşdırmalar göstərir ki, doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ölkəmiz da var.
Qanunvericiliyinə əsasən, cinsə görə abort qadağan olsa da, araşdırmalardan məlum olur ki, bu sahədə problemlər hələ də öz aktuallığını qoruyub saxlayır.
Bəs İslama görə bu necə qəbul olunur?
Cahiliyə dövründə 2/3 yaşına çatmış qız uşağını öncədən səhrada qazdıqları bir quyuya diri-diri atar və üstünü torpaqlayardılar. Əsrlər keçir,
insan zəkası texniki tərəqqi baxmından bu qədər ali səviyəyə çıxsa da insanlıq baxmından hələ də çox böyük qorxunc hərəkətlər həyata keçirtməkdədir.
İlahiyyatçı Ağa Hacıbəyli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, dünya İslama görə bir ev, ailə sayılır. Bu ailənin içərsində dünyanın hər hansı bir bölgəsində uşaq doğulursa dinimiz bunu məsum görür: "Quranı Kərimin surəsində belə bir ayə var. Hansı günahına görə qız uşağı qətlə yetirilir?
Hələ də insan qətlinin ana bətnindən başladığını görürük.
Bu, xüsusilə qız uşaqlarına aid edilir. Dinimizin bu məsələyə hökmü çox ağırdır. Bu prosesin gərçəkləşməsi üçün bir həkim qərarına ehtiyac olur. Lakin cinsiyyətə görə həmin uşaq məhv edilirsə, bu Allaha qarşı çox böyük günahdır".
A. Hacıbəyli onu da qeyd edir ki, dinimizə görə bir insanı qurtarmaq, insanlığı qurtarmaq, insanı öldürmək isə, insanlığı öldürmək deməkdir.
Havar Şəfiyeva