İstanbulda bina çöküb, dağıntılar altında qalanlar var

İstanbulda bina çöküb, dağıntılar altında qalanlar var

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib. 

Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 

Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.