Son günlər ardıcıl olaraq havaların isti keçməsi meteohəssas insanların diqqətli olmasının vacibliyini gündəmə gətirir. Mütəxəssislər bildirirlər ki, belə hava şəraiti hətta bir problemi olmayan insanlar üçün də təhlükəli və riskli ola bilər.
Həkim - terapevt Şahvələd Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, xüsusilə xroniki xəstəlikləri olan insanlar üçün isti yay günlərində ciddi fəsadlar üzə çıxır: "Son vaxtlar global istiləşmə dünyada olduğu kimi bizim regionumuzda da, müşahidə olunur. Xroniki xəstəliklər, şəkərli diabet və s kimi xəstəlikləri olan insanlar belə havalarda daha diqqətli olmalıdırlar.
Mütəxəssis son olaraq bildirir ki, oksigen dəstəyinə ehtiyac olan xəstələr daha çox ağrılaşmalara məruz qalırlar.
Havar Şəfiyeva